AZ

Premyer Liqada 9-cu tur və ilk dövrə arxada qaldı - Öyrəndik ki...

Premyer Liqada 9-cu tur və ilk dövrə arxada qaldı. 

News365.az xəbər verir ki, idman eksperti Kənan Məstəliyev ötən turu şərh edib. 

- "Qarabağ"la bağlı yeni heç nə yoxdu. Liqanın ənkəsidi. Bu fakt dəyişmir, dəyişənə də oxşamır.


- "Sumqayıt" keçid dövrünü yaşayır. Samir Abasov "perezaqruzka" başladıb, komandanı elitada saxlamaq üçün məcburi addımdı, alınıb-alınmayacağını yaxın zamanda hiss edəcəyik. 


- "Turan Tovuz" bir qolla həm nəticə baxımından irəlilədi, həm də psixoloji cəhətdən komandanı özünə gətirdi. 1-ci hissədə "Zirə" əlinə düşənləri vursaydı, indi biz başqa şeylərdən danışırdıq, amma bu hazırda heç bir əhəmiyyət daşımır. Fakt odu ki, TT liderlər qrupundadı. Milli fasilə də Berdıyevə nəfəs dərmək, komandanı toparlamaq üçün əlavə şans olacaq. Qışa qədər birtəhər dartıb, hazırkı mövqeyində saxlaya bilsə, rəhbərlikdən əlavə oyunçu, güclənmə istəyə biləcək. 


- "Kəpəz"in qələbəsi ən azı ruh yüksəkliyi gətirəcək komandaya. Bu dəfə digər autsayderə qarşı pis oynamadılar, 4 top vurdular. Amma hələ görüləcək çox iş var və digərləriylə belə asan olmayacaq.



Seçilən
15
news365.az

1Mənbələr