AZ

İqor Korotçenko: Kontrafakt erməni konyakının Rusiyaya ixracının qarşısı alınmalıdır

Siyasət və iqtisadiyyat qarşılıqlı asılıdır. Əgər Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya sərhədçilərinin fəaliyyətini dayandırırsa, rəsmi İrəvan Rusiya ilə təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyəti dayandıracaqlarını bəyan edirsə, kontrafakt erməni konyakının Rusiyaya ixracının qarşısı alınmalıdır.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Ermənistanın Ararat brendi adı altında əslində Fransanın saxta konyaklarının Rusiyaya ixracına münasibət bildirən Rusiyanın Xəzər Strateji Tədqiqatlar İnstitutunun Baş direktoru İqor Korotçenko bildirib.

İqor Korotçenko deyib ki, Rusiyanın aidiyyəti qurumları bu məsələ ilə bağlı müvafiq addım atmalıdır: “Ola bilməz ki, siyasi münasibətlər pis olsun, ancaq iqtisadi əlaqələr inkişaf etsin”.

Seçilən
10
apa.az

1Mənbələr