AZ

Donor gözləyənlərə şad xəbər - Ürəyiniz "titan"dan olacaq

Tibb tarixində inqilab yaradan yenilik olub. Belə ki, titandan hazırlanan ürək bir donorun həyatını xilas edib. 

News365.az xəbər verir ki, ABŞ-da donor ürək gözləyən 57 yaşlı xəstəyə Texas Ürək İnstutu və BiVACOR qurumu titandan hazırlanmış tam süni ürək yerləşdirilib. Bu müdaxilə dünyada ilkdir.


Sözügedən titan ürək donor tapılana qədər müvəqqəti qoyulub və 8 gün boyunca xəstənin bədənində qalıb. Donor ürək gözləyən milyonlarla insanı bu üsulla həyata bağlamaq mümkün olacaq...


Seçilən
9
news365.az

1Mənbələr