AZ

SEPAH komandanından hədə: “Cavabımız olacaq”

İran İsrailin istənilən addımına cavab verəcək.

Teleqraf.com xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-leytenant Hüseyn Səlami deyib.

General bildirib ki, Tehran Livan və Fələstində “müqavimət cəbhəsi”ni (proksi qüvvələri – red.) qoruyub saxlayacaq, İsrailin hücumlarına qətiyyətlə qarşı çıxacaq.

“İranın oktyabrın 1-də İsrailə raket hücumu islam müqaviməti liderlərinin öldürülməsinə görə qan intiqamı idi”, - Səlami bildirib.

İranın “müqavimət cəbhəsi” adlandırdığı qüvvələrə “Hizbullah”, HƏMAS, “İraq İslam Müqaviməti”, “Həşd əş-Şabi”, “Ənsarallah” (Husi) və sair kimi terrorçu qruplaşmalar daxildir.

İsrail bundan öncə müxtəlif vaxtlarda HƏMAS və “Hizbullah” liderləri İsmayıl Haniyə və Həsən Nəsrullahı məhv edib.

Seçilən
1
2
herbiand.az

3Mənbələr