AZ

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin müvafiq Sərəncamı ilə general-leytenant Namiqİslamzadə müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrininkomandanı təyin olunub

Trend N.İslamzadənin dosyesinitəqdim edir:

O, 7 may 1974-cü ildə Bərdə rayonunun Yeni Daşkənd kəndindəanadan olub. 1981–1988-ci illərdə Bakı şəhəri Hövsan qəsəbəsindəki76 nömrəli orta məktəbində, 1988–1991-ci illərdə isə CəmşidNaxçıvanski adına Hərbi liseydə oxuyub. 1991-ci ildə Minsk AliHərbi Siyasi Ümumqoşun məktəbinə qəbul olub, 1992-ci ilin aprelayına qədər həmin məktəbdə təhsil alıb. SSRİ dağıldıqdan sonraAzərbaycana qayıtmış, 1992-ci ilin sentyabr ayına qədər Bakı AliHərbi Birləşmiş Komandanlıq məktəbində təhsil alıb. 1992-ci ilinsentyabr ayında təhsilini davam etdirmək üçün TürkiyəRespublikasının Ali Hərbi Təyyarəçilik Məktəbinə göndərilmiş və1996-cı ildə həmin məktəbdən təyyarəçi ixtisası üzrə məzun olub.N.İslamzadə 2016-cı ildən Azərbaycan Silahlı Qüvvələrinin Kürdəmirrayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edir.2019–2021-ci illərdə Azərbaycan Hərbi Hava Qüvvələri komandanınaviasiya üzrə müavini — Aviasiya rəisi vəzifəsində xidmət etmiş və2021-ci ilin sentyabr ayında Hərbi Hava Qüvvələri Komandanınınmüavini — Hava Döyüş komandiri vəzifəsinə təyin olunub.

O, 2005-ci ildə "Hərbi xidmətlərə görə" medalı, 2008-ci ildə"Azərbaycan Bayrağı" ordeni, 2020-ci ildə "Vətən uğrunda" medalıilə təltif olunub, 2020-ci ildə İslamzadə Namiq Sərəfruz oğluna"Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.

Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsiuğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsiigidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası SilahlıQüvvələrinin hərbi qulluqçusu general-mayor İslamzadə NamiqSərəfruz oğlu 25 dekabr 2020-ci ildə ""Füzulinin azad olunmasınagörə"" medalı ilə təltif edilib.

Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azadedilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərəkşəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan RespublikasıSilahlı Qüvvələrinin hərbi qulluqçusu general-mayor İslamzadə NamiqSərəfruz oğlu 25 dekabr 2020-ci ildə "Xocavəndin azad olunmasınagörə" medalı ilə təltif olunub.

Polkovnik N.İslamzadəyə Azərbaycan Prezidenti İlham Əliyevin 7dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "general-mayor" alihərbi rütbəsi verilib.

Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixliSərəncamı ilə Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubileymedalı ilə təltif edilib.

Seçilən
22
33
az.trend.az

10Mənbələr