Yaxın vaxtlarda Qubadlı rayonunda mərkəzi xəstəxananın tikintisinin birinci mərhələsinə başlanıla bilər.
Valyuta.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələrinin Müdiriyyəti bununla bağlı tender elan edib.
Tender noyabrın 1-dək davam edəcək.
Birinci mərhələdə həyata keçiriləcək tikinti işlərinin ehtimal olunan qiyməti 8 milyon manat müəyyənləşdirilib.
Xəstəxana 91 çarpayılıq olacaq.
1993-cü ildə Erməınistan tərəfindən işğal edilən Qubadlı rayonu 2020-ci ildə Azərbaycan ordusu tərəfindən işğaldan azad edilib.
Hüseyn