AZ

Qərbə dinc Cənubi Qafqaz lazım deyil - İqor Korotçenko

Moskva. Trend:

Qərbə dinc Cənubi Qafqaz lazım deyil.

Trend-in məlumatına görə,bunu Moskvada azərbaycanlı jurnalistlərə Xəzər StratejiAraşdırmalar İnstitutunun (Rusiya) baş direktoru İqor Korotçenkodeyib.

"Ermənistanın ABŞ və Fransadan hərbi-texniki dəstəyinə gəlincə,onlar öz milli maraqlarını qoruyurlar. Vaşinqtona, Parisə vəBrüsselə dinc, sakit Cənubi Qafqaz lazım deyil. Onlar Azərbaycanüzərində təsir rıçaqlarına sahib olmaq istərdilər. Buna görə dəPaşinyan rejimi bu gün kəşfiyyat, maddi-texniki və hərbi dəstəkalır. Ermənistan əzələlərini gücləndirir. Onlar bunu bir məqsədləedirlər: Cənubi Qafqazda sülh və əmin-amanlığın yaranmasınınqarşısını almaq. Çünki Cənubi Qafqaz ilk növbədə nəqliyyatdəhlizləri və enerji resurslarıdır. Ermənistan qeyri-sabitlikmənbəyi olan Troya atı rolunu oynasaydı, Qərb üçün yaxşı olardı", -o deyib.

Korotçenko vurğulayıb ki, Ermənistan sülh müqaviləsi imzalamaqistəmir.

“Bundan başqa, Ermənistan Azərbaycan ərazisinə birbaşa iddialarıehtiva edən Konstitusiyasına dəyişiklik etmək istəmir. QərbErmənistanı həvəsləndirir”, - o əlavə edib.

Seçilən
14
4
az.trend.az

7Mənbələr