AZ

İran İsraili cəhənnəmlə hədələdi: “Tabutları hazırlayın”

“İranın İsrail yəhudi dövlətinə qarşı son raket hücumuna cavab vermək qərarına gələrsə, İrandan “cəhənnəm” cavabı alacaq”.

Medianews.az xəbər verir ki, bu barədə İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin sədri İbrahim Əzizi bildirib.

“Əgər sionist rejim yenidən səhv etmək istəsə, hər hansı tədbir görməzdən əvvəl ona tabut tələbini müttəfiqlər hesabına təmin etməyi tövsiyə edirik. İranın milli təhlükəsizliyinə qarşı istənilən addım cəhənnəm və ağrılı cavab alacaq. Əgər sionist rejim İranın təhlükəsizliyinə zərər vurmaq istəsə, biz onu heç bir yerdə, hətta gizləndiyi siçan dəliklərində belə təhlükəsiz hiss edə bilməyəcək hala gətirəcəyik”, – deyə Əziz qeyd edib.

Ayşən

Seçilən
18
1
medianews.az

2Mənbələr