AZ

Azərbaycan beynəlxalq gündəmi müəyyən edən ölkələr sırasındadır -Korotçenko

Qarşıdan gələn COP29 iqlim sammiti Azərbaycanın nüfuzunun göstəricisidir.

Redaktor.az Report-a istinadən xəbər verir ki, bu barədə Moskvada jurnalistlərə açıqlmasında Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko bildirib.

“Bu gün Azərbaycana ümumi nəzər salsaq, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə qlobal beynəlxalq gündəliyi formalaşdırır. Qarşıdan gələn COP29 iqlim sammiti də Azərbaycanın nüfuzunun göstəricisidir. Onun dedikləri və həyata keçirdikləri tam üst-üstə düşür və bu, müasir dünyanın böyük hissəsindən reaksiya görür”, - o deyib.

Korotçenko əlavə edib ki, Azərbaycan ərazi baxımından nisbətən kiçik ölkə olsa da, İkinci Qarabağ müharibəsində qazanılan qələbə və 2023-cü ildəki lokal antiterror tədbirləri zamanı öz suverenliyinin bərpası, eləcə də genişmiqyaslı qlobal enerji layihələrinin həyata keçirilməsi sayəsində bu gün ölkə qlobal trendləri və beynəlxalq gündəmi müəyyən edən dövlətlər sırasındadır.

Seçilən
17
2
redaktor.az

3Mənbələr