AZ

Flik onu bəyənir: “Mövqeyinin ən yaxşısıdır”

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik İspaniya La Liqasında “Alaves”i məğlub etdikləri oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 3:0 hesabıyla qalib gəldikləri matçda het-trik edən Robert Levandovski haqda da danışıb:

“Oyunçuların dinamikası inanılmaz idi. Çox qol vurduq və bu, bizim üçün yaxşıdır. Oyun təzyiqimiz və üslubumuz əladır. Fəlsəfəm səhvləri düzəltmək və daha yaxşı olmaqdır.

Levandovski? Kimisə tərifləmək istəmirəm. Bütün komanda onu bilir. Levandovski öz mövqeyinin ən yaxşı futbolçusudur. Ondan çox razıyam”.

“Barselona” La Liqada 9 turdan sonra 24 xalla birinci sıradadır.

Seçilən
16
futbolpress.az

1Mənbələr