AZ

Putin MDB sammiti öncəsi Azərbaycan prezidenti və Ermənistanın baş naziri ilə görüşəcək

Rusiya prezidenti Vladimir Putin oktyabrın 8-də MDB sammiti ərəfəsində Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevlə ikitərəfli görüşlər keçirəcək.

Bu barədə Putinin köməkçisi Yuri Uşakov bildirib.

"Prezident ikitərəfli görüş keçirəcək - Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla", - o, brifinqdə deyib.

"Liderlər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələlərini müzakirə edəcəklər", - o deyib.

O, Cənubi Qafqazda vəziyyətin nizamlanmasının Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatının prinsiplərinə əsaslandığını vurğulayıb.

Seçilən
51
aznews.az

1Mənbələr