Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya ikigünlük səfərə yola düşüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Paşinyanın Mətbuat xidməti yayıb.
O, Moskvada MDB ölkələrinin dövlət başçılarının qeyri-rəsmi sammitində iştirak edəcək.
Xatırladaq ki, bu gün Moskvada MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir.
***
Ermənistanın Baş naziri Nikol Paşinyan Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin başçılarının iclasında iştirak etmək üçün Rusiyanın paytaxtı Moskvaya çatıb.
“Biz Moskvaya gəldik”, – Paşinyan feysbuk hesabında yazıb.