AZ

İranda “Müqavimət paktı” layihəsi hazırlanır – KİV


İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası Yaxın Şərqdə bir sıra ölkələr və “azadlıq hərəkatları” ilə “Müqavimət paktı”nın bağlanması üçün qanun layihəsi hazırlayır.
Yeniavaz.com
xəbər verir ki, “Tasnim” agentliyinin məlumatına görə, saziş hərbi əməliyyatların əlaqələndirilməsi və təlimlərin keçirilməsi üçün operativ qərargahın yaradılmasını nəzərdə tutur.
Bildirilir ki, ABŞ və ya İsrailin müqavilənin tərəflərindən birinə hücumu zamanı hərbi və iqtisadi yardımın göstərilməsini nəzərdə tutur.
Məsuliyyət bölgüsü və planın həyata keçirilməsinə görə məsuliyyətin İranın Ali Milli Təhlükəsizlik Şurasına həvalə edilməsi təklif edilir.
Seçilən
41
1
yeniavaz.com

2Mənbələr