AZ

Sülh sazişi bu vaxta qədər imzalana bilər - Xaçaturyan açıqladı

"Noyabrda Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının (BMT) 29-cu İqlim Sammitinə (COP-29)qədər Azərbaycanla sülh sazişiimzalana bilər"

Teleqraf.com "Reuters"ə istinadən xəbər verir ki, bunu Ermənistan prezidenti Vaaqn Xaçaturyan deyib.

O vurğulayıb ki, imzalanma yalnız İrəvandan asılı olsaydı, sənəd indi təsdiqlənəcək. Xaçaturyan proseslərin gec-tez bu məqam gələcəyinəümid edir.

Prezident əlavə edib ki, Ermənistanla Türkiyə arasında quru sərhədinin üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılması ilə bağlı danışıqlar uğurla davam edir.


Müəllif: Arzu
Seçilən
24
teleqraf.com

1Mənbələr