AZ

İlham Əliyevin Cəbrayıldan verdiyi ABŞ mesajı beynəlxalq mediada rezonans doğurdu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı efirə gedib.
Verilişdə bildirilib ki, hazırda dünyanın geosiyasi mənzərəsi heç də ürəkaçan deyil. Müxtəlif coğrafiyalarda qaynar ocaqların, müharibələrin mövcudluğu, həmçinin yeni təhdidlərin artması bəşəriyyəti ciddi sınaqlar qarşısında qoyur. Belə bir arzuolunmaz geosiyasi arxitektura fonunda ölkəmizdə siyasi sabitlik hökm sürür, regionun lider dövləti kimi Azərbaycan daxili sabitliyini əzmlə qoruyub saxlayır və daha da möhkəmləndirir.
Xarici KİV isə bunu diqqətlə izləyir. Avropanın nüfuzlu "Euronews" telekanalı "Bakı İqlim Fəaliyyəti Həftəsi: Şəxsi maliyyə üçün yolun yaradılması" sərlövhəli xəbər yayımlayıb.
Bildirilib ki, oktyabrın 3-də Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində "Şəxsi maliyyə üçün yolun yaradılması" mövzusunda dəyirmi masa keçirilib. Rusiyanın "Krasnaya Vesna" nəşri xəbər verir ki, İlham Əliyev Cəbrayıl sakinləri ilə görüşdə ABŞ-nin anti-Azərbaycan addımlarından danışıb. Türkiyənin "Daily Sabah" nəşri "Azərbaycan Ermənistanın Qarabağda yerləşdirdiyi minalardan 158 minini zərərsizləşdirib" sərlövhəli xəbər təqdim edib.
Mənbə ANAMA-ya istinadən bildirib ki, agentlik günahsız insanların, eləcə də işğaldan azad edilmiş Qarabağ və ətraf ərazilərdə dislokasiya olunmuş ordu hissələrinin həyatı üçün təhlükə yaradan partlayıcı maddələrin aşkar edilərək zərərsizləşdirilməsi üçün ən müasir avadanlıqlardan istifadə edir.
Ətraflı Baku TV-nin süjetində:
Seçilən
31
oxu.az

1Mənbələr