AZ

Qaz olmayacaq


Qaradağ və Nizami rayonları ərazisində qaz xətlərinin yerinin dəyişdirilməsi məqsədilə sabah saat 09:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.

 

Bu barədə "Azəriqaz" İstehsalat Birliyindən bildirilib.

 

Bildirilib ki, təmir-quraşdırma işləri görülən müddətdə Qaradağ rayonu üzrə Ümid, Umbakı, Əzimkənd, Sanqaçal qəsəbələrinin və Yol evləri, Bağ evləri yaşayış massivlərinin, həmçinin Nizami rayonu üzrə M.Şərifli, Ə.Kürçaylı, İ.Məmmədov, B.Nuriyev, C.Naxçıvanski, R.Rüstəmov küçələrinin, Qara Qarayev və Babək prospektlərinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Tarix: 7 Oktyabr 2024, 23:15   
Seçilən
17
49
pravda.az

10Mənbələr