AZ

Lənkəranda BİABIRÇI hesab!

Bu gün II Liqada 6-cı tura start verilib.

Sportinfo.az xəbər verir ki, bu gün 4 oyun baş tutub.

“Şəmkir”in evdə “Şəfa”ya uduzduğu gündə 3 oyun da darmadağınla yekunlaşıb. Çempionatın lideri olan “Şahdağ” Lənkəranda “Lerik”in qapısından 7 cavabsız top keçirib.

Saatlı “Araz”I Şirvanda “Qusar”I 5) hesabıyla darmadağın edib. “Füzuli” Şamaxıda “Kür-Araz”a müqavimət göstərə bilməyib.

“Lerik” – “Şahdağ Qusar” 0:7
Qollar
: Famil Camalov, 13; 37; 48; 84. Tural Qurbatov, 23. Ədilxan Qarəhmədov, 76. İlkin Mikayılov, 89.
Hakimlər: Şamil İmanzadə, Mirnihad Seyidov, Asif Abdullayev, Emin Abdullayev.

“Şəmkir” – “Şəfa” 0:2
Qollar
: Elgün Abbaslı, 50. Elvin Nəsibov, 64.
Hakimlər: İslam Məmmədov, Elmin Süleymanov, Zakir Şükürzadə, Maqsud Şəmiyev.

“Saatlı-Araz” – “Qusar” 5:0
Qollar
: Elariz Xəlilli, 29; 50. Həmzə Əliyev, 39. Xəyal Bədirov, 53; 81.
Hakimlər: Murad Səlimov, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Vüqar Həsənli.

“Füzuli” – “Kür-Araz” 1:4
Qollar
: Fuad Məmmədzadə, 16 – Ramazan Abbasov, 38. Elxan Məmmədov, 40. Cavidan Musazadə, 42. Fəzail Şirxanzadə, 63.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Elçin Abdullayev.

Seçilən
12
sportinfo.az

1Mənbələr