AZ

Ərdoğan yenidən Netanyahunu Hitlerə bənzədib və onun dayandırılacağını qeyd edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yenə də İsrailin baş nazirini nasist Almaniyasının rəhbəri ilə müqayisə edib və Adolf Hitlerin dayandırıldığı kimi Benyamin Netanyahunun da dayandırılacağını bildirib.

Onun sosial şəbəkələrdə yazdığı kimi , bir ildir Fələstin xalqına qarşı həyata keçirilən və hələ də davam edən soyqırımın əvəzini gec-tez İsrail ödəyəcək.

“Biz bütün vasitələrlə İsrail hökumətinə qarşı durmağa davam edəcəyik və dünyanı bu nəcib mövqeyi bölüşməyə çağıracağıq. Hitleri bəşəriyyətin ortaq birliyi dayandırdığı kimi, Netanyahu və onun qətlləri də dayandırılacaq”, – deyə Ərdoğan bildirib.

İyulda Türkiyə Xarici İşlər Nazirliyi Netanyahunun Hitlerlə eyni aqibətlə üzləşə biləcəyini bildirib.

Mənbə RT rusca

Seçilən
36
dogru.az

1Mənbələr