AZ

Bayden Floridada qasırğa ilə əlaqədar fövqəladə vəziyyət elan edib

Bayden

ABŞ Prezidenti Cozef Bayden ştata yaxınlaşan Milton qasırğası ilə əlaqədar Floridada fövqəladə vəziyyət elan edilməsi haqqında sərəncam imzalayıb.

Xalqcebhesi.az-ın məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Amerika prezidentinin sərəncamı Florida hakimiyyətinə ABŞ Daxili Təhlükəsizlik Departamenti və Federal Fövqəladə Halların İdarə Olunması Agentliyinin köməyini nəzərdə tutur.

Saffir-Simpson şkalası üzrə beşinci kateqoriyaya qədər güclənən qasırğanın çərşənbə günü və ya cümə axşamı günü Florida sahillərinə yaxınlaşacağı gözlənilir. Mütəxəssislərin hesablamalarına görə, Milton Floridanın qərb sahillərinə, o cümlədən Tampa körfəzinə hündürlüyü 3 metrdən çox olan dağıdıcı dalğalar gətirəcək.

Seçilən
21
12
xalqcebhesi.az

10Mənbələr