AZ

Mərakeşdə fransız dilinin mövqeyi zəifləyir

Mərakeşdə

Bakı, 8 oktyabr, AZƏRTAC

Mərakeşdə fransız dilinin mövqeyi gündən günə zəifləyir.

AZƏRTAC RFİ-yə istinadla xəbər verir ki, ərəb və amaziq krallığın rəsmi dilləri olsa da, fransız dili inzibati işlərdə daha geniş istifadə edilir.

Beynəlxalq Frankofoniya Təşkilatının statistikasına görə, mərakeşlilərin 36 faizi fransızca danışır. Mərakeş rəsmiləri bu statistikanı şübhəli hesab edirlər. Lakin Molyerin dilinə marağın azaldığını heç kim danmır.

Artıq gənc nəslin fransız dilindən uzaqlaşdığını Fransanın aparıcı media qurumları da təsdiqləyir. Kasablanka, Rabat və Anjer kimi böyük şəhərlərdə gənclər daha çox ingiliscə danışırlar. Təxminən 10 il əvvəl ingilis dili bilənlərin sayı az idisə, hazırda gənclər sürətlə bu dilə yönəlirlər.

Seçilən
29
4
azertag.az

5Mənbələr