AZ

UNEC tələbəsinin komandası “TEKNOFEST 2024”ün qalibi oldu - FOTOLAR

Rəqəmsal İqtisadiyyat fakültəsinin II kurs tələbəsi Aşurbəy Məmmədzadənin rəhbərlik etdiyi “Versetech” komandası “TEKNOFEST 2024”ün Antalyada keçirilən final turunda “Psixologiyada texnoloji tətbiqlər” kateqoriyası üzrə l yerə layiq görülüb. Adanada keçirilən mükafatlandırılma mərasimində UNEC tələbəsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təltif edilib.

QHT.az xəbər verir ki, 32 komandaya qarşı yarışan “Versetech” komandası “PsychoAI” layihəsi ilə 76.88 xal toplayaraq, 80.000 TL birincilik mükafatını əldə edib.

Məlumat üçün bildirək ki, “Versetech” komandası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə yarışda iştirak edərək, ölkəmizi təmsil edib.

Qeyd edək ki, Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan TEXNOFEST-də bu il 788 161 komandanın 1 630 000 iştirakçısı ilə rekord say qeydə alınıb.

Seçilən
38
8
qht.az

9Mənbələr