UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 11-də, Tallin şəhərindəki “Lilekulla” stadionunda keçiriləcək Estoniya – Azərbaycan oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və açıq məşqlərin vaxtı bilinib.
Fanat.Az xəbər verir ki, Fernandu Santuş oktyabrın 10-da yerli vaxtla saat 17:15-də jurnalistlər qarşısına çıxacaq.
Saat 18:00-də isə millimizin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq məşqi baş tutacaq.
Qeyd edək ki, Estoniya - Azərbaycan matçı 11 oktyabrda olacaq və Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.