AZ

Yer kürəsində güclü maqnit qasırğası başlayıb

Proqnozların əksinə olaraq Yer kürəsində güclü maqnit qasırğası başlayıb.

Editor.az bu barədə rus mediasına istinadla xəbər verir.

“Çərşənbə axşamı səhər tezdən, Moskva vaxtı ilə 5 saat 42 dəqiqədə geomaqnit sahəsində pozuntular G3 sinifli güclü maqnit qasırğası səviyyəsinə çatıb. Və bu yenə proqnozların əksinə baş verbi”, – ekspert yazıb. Leus maqnit qasırğasının ötən gün günortadan sonra başladığını qeyd edib. Daha sonra G2 sinfinə çatıb.

Sinoptiklərin fikrincə, fırtına oktyabrın 8-də səhər saatlarında G1 sinfi olmalı idi və günortadan sonra tamamilə kəsiləcəkdi. Bununla belə ekspert vurğulayıb ki, Yerin maqnitosferi, əksinə, güclənir. Sinoptikin sözlərinə görə, indi maqnit qasırğasının sonrakı davranışını proqnozlaşdırmaq çətindir. Bununla belə, narahatlığın qısa müddətli olacağını və yaxın saatlarda azalmağa başlayacağı bildirilib.

Oktyabrın 4-də ümumi praktikant, tibb elmləri namizədi Andrey Kondraxin bildirib ki, maqnit qasırğaları zamanı məhsuldarlığı qorumaq üçün kifayət qədər yuxu almaq və bədəni həddindən artıq yükləməmək vacibdir. O, həmçinin düzgün qidalanmağı, yağlı, qızardılmış, hisə verilmiş qidalardan imtina etməyi tövsiyə edib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
9
editor.az

1Mənbələr