AZ

Aşqabad beynəlxalq foruma ev sahibliyi etməyə hazırlaşır

Yazını böyüt
Yazını kiçilt

Oktyabrın 11-də Aşqabadda dahi şair və mütəfəkkir Məqtimqulu Piraqinin anadan olmasının 300 illiyinə həsr olunmuş “Zamanlar və sivilizasiyalararası münasibət - sülhün və inkişafın əsası” adlı beynəlxalq forum keçiriləcək.

Hafta.az-ın yazdığına görə, forumda 10-dan çox dövlətin prezidenti, həmçinin Şanxay Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı  - TÜRKSOY-un, Müstəqil Dövlətlər Birliyinin, İslam Əməkdaşlıq Təşkilatı və UNESCO-nun nümayəndələrinin də iştirakı gözlənilir.

Forum üç ərazidə keçiriləcək: Türkmənistan Ticarət və Sənaye Palatasında, Yıldız Oteli və Qaraqum Otelində.

Tədbirdə dünyanın müxtəlif ölkələrindən 800-dən çox qonağın iştirakı gözlənilir.

Seçilən
14
hafta.az

1Mənbələr