AZ

Yeni Zelandiya sahilləri yaxınlığında 5,9 bal gücündə zəlzələ olub

Bakı. Trend:

Zəlzələ Sakit okeanda, Yeni Zelandiyaya yaxın yerdə baş verib.Onun maqnitudası 5,9 bal təşkil edib.

Trend bu barədə xarici KİV-əistinadən xəbər verir.

Məlumata görə, seysmoloji hadisə oktyabrın 8-nə keçən gecə qeydəalınıb. Zəlzələ Bakı vaxtı ilə saat 03:59-da baş verib. Zəlzələninhiposentri Tauranga şəhərindən 660 kilometr şimal-şərqdə vəKermadek arxipelaqının tərkibindəki Raul adasından 472 kilometrcənubda yerləşib.

Mütəxəssislər qeyd ediblər ki, zəlzələnin hiposentri 10 kilometrdərinlikdə yerləşib. Seysmoloji hadisə nəticəsində zərərçəkənlər vədağıntılar barədə məlumat daxil olmayıb. Həmçinin, sunami təhlükəsielan edilməyib.

Məqalədə:
Seçilən
11
az.trend.az

1Mənbələr