AZ

“Bizdən olsa, sülh sazişini elə bu gün imzalayardıq” – Xaçaturyan

Ermənistan Azərbaycanla sülh sazişini Bakıda keçiriləcək COP29 konfransından əvvəl imzalamaq istəyir.

Bakıvaxtı.az “Reuters”ə istinadən xəbər verir ki, bunu Avropada səfərdə olan Ermənistan prezidenti Vaaqn Xaçaturyan bildirib.

“Əgər məsələ yalnız bizə aid olsaydı, biz sazişi elə indi, bu gün imzalayardıq”, – deyə o, Hamburqda Davamlı İnkişaf Konfransında söyləyib və əlavə edib ki, gec-tez nəticə əldə olunacağına ümid bəsləyir.

Ermənistan prezidenti məlumat verib ki, Azərbaycan rəsmiləri ilə sülh sazişinin bir sıra maddələri üzrə danışıqlar davam edir.

Xaçaturyan həmçinin əlavə edib ki, Ermənistan və Türkiyə arasında quru sərhədinin üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılması ilə bağlı danışıqlar uğurla davam edir.

Seçilən
3
3
busaat.az

6Mənbələr