AZ

Fransa ilə parlamentlərarası işçi qrupu YARADILMADI 

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Milli Məclisi Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrup yaratmayıb.

Hafta.az xəbər verir ki, bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” qərar layihəsi müzakirəyə çıxarılıb.

Parlamentin bu gün keçiriləcək plenar iclasına tövsiyə olunan qərar layihəsində Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrup yaradılması məsələsi əksini tapmayıb.

Xatırladaq ki, ötən ilin oktyabr ayında Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu  Fransa tərəfindən müvafiq addımlar atılanadək öz fəaliyyətini və Fransa-Azərbaycan dostluq qrupu ilə əlaqələrini müvəqqəti olaraq dayandırıb.

Seçilən
20
49
hafta.az

9Mənbələr