AZ

Kişi şübhələndiyi arvadından telefonu ala bilmədi, sonra döydü - CİNAYƏT

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Nemət Kərəmovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Firuzə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətindən azad olunub.


İttihama görə, hadisə 06 iyul 2024-cü il tarixdə, saat 14 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən evlərin birində qeydə alınıb.


Belə ki, Nemət Kərəmov ailə üzvləri ilə birlikdə yaşadığı evində arvadı, zərərçəkmiş Ülkər Kərəmovanı (şərti) mobil telefonla başqa şəxslərlə danışdığından şübhələnib. O, dəqiqləşdirmək məqsədi ilə qadının telefonunu alıb baxmaq istəyib. Lakin zərərçəkmiş şəxs buna etiraz edərək telefona verməyib və onların arasında ailə daxili münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə əsnasında o, Ülkərin üzərinə hücum edib qəsdən əli ilə qadının sifətindən zərbə vurub, ardınca isə hər iki əli ilə boyun nahiyəsindən tutaraq sıxıb. Nəticədə Nemət arvadının sağlamlığına qəsdən yüngül zərər vurub.


Hadisədən sonra Nemət Kərəmov saxlanılıb və o, cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov 

Tarix: 8 Oktyabr 2024, 10:38   
Seçilən
15
pravda.az

1Mənbələr