AZ

"Hermes Finance" 150 min manatlıq səhm buraxır

Azərbaycanda lizinq şirkəti “Hermes Finance” ASC hər birinin nominal dəyəri 300 manat olan 500 ədəd adi, adlı, sənədsiz səhm buraxır.

25 milyon manatlıq avtiomobil lizinqi vermiş "Hermes Finance"ın - MƏNFƏƏTİ AZALIB - HESABAT

 

FED.az bu barədə şirkətin emissiya prospekti və ya informasiya memorandumuna iostinadən xəbər verir.

Təklfin səbəbi nizamnamə kapitalının artırılmasıdır.

Beləliklə, ümumilkdə şirkətin niamnamə kapitalı 150 min manat və ya 20 faiz artımla 900 min manata çatdırılmış olacaq.

Əlavə məlumat üçün bildirək ki, şirkət “Caspian Auto İmport” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalında 60% paya malikdir. “Caspian Auto İmport” ASC-nin fəaliyyət istiqaməti lizinq fəaliyyətidir. Emitetin “Baku Leasing” MMC nizamnamə kapitalında payı 50% təşkil edir. “Baku Leasing” MMC -nin fəaliyyət istiqaməti lizinq fəaliyyətidir.

Lizinq şirkət  Hazırda 750 min manat nizamnamə kapitalına malikdir. Onun 50 faizi Səbinə Sadiq Namiq qızına, 34 faizi Rəvan Cəfərov Əsəd oğluna və 16 faizi Nuranə Mehrəliyeva-Rzayeva Ramiz qızına məxsusdur.

Seçilən
9
fed.az

1Mənbələr