AZ

ABŞ İtaliyaya elektron müharibə sistemləri olan təyyarə satışını təsdiqlədi

ABŞ Dövlət Departamenti İtaliyaya elektron müharibə sistemləri ilə təchiz edilmiş EA-37B təyyarələrinin satışına razılıq vermək qərarına gəlib.

Valyuta.az xəbər verir ki, müvafiq mesaj Pentaqonun Təhlükəsizlik Əməkdaşlıq Agentliyinin saytında dərc olunub.

İtaliya EA-37B elektron döyüş sistemləri ilə təchiz edilmiş təyyarələrin, eləcə də müvafiq avadanlıqların alınması ilə bağlı müraciət edib.

Bundan əlavə, proqrama dəstək, təlim, ehtiyat hissələri, texniki xidmət və sənədlər daxildir.

Hər bir komponentin miqdarı açıqlanmır. Təxmini ümumi dəyəri 680 milyon dollardır.

"Təklif edilən satış ABŞ Hərbi Hava Qüvvələri ilə qarşılıqlı fəaliyyət qabiliyyətini artırmaq və İtaliya xaricdə əməliyyatlar apararkən düşmənin komandanlıq və nəzarət kommunikasiyalarını pozmaqla İtaliyanın cari və gələcək təhdidlərə qarşı durmaq qabiliyyətini artıracaq", - bəyanatda deyilir.

Həmçinin məlumat verilib ki, ABŞ Rumıniyaya Sentinel hava-nəzarət radar sistemlərinin satışını təsdiqləyib.

Nicat

Seçilən
4
valyuta.az

1Mənbələr