AZ

“Hansı zat-aliləri?” – Lukaşenko bu cür çağırılmasına etiraz etdi (VİDEO)

Belarus Prezidenti Aleksandr Lukaşenkonun MDB ölkələri başçılarının toplantısına qatılmaq üçün Moskvaya etdiyi son səfərində maraqlı hadisə baş verib.

“AzPolitika” xəbər verir ki, Lukaşenkonun mətbuat xidmətinin yayımladığı kadrlarda Belarus Prezidentinin qarşılanması zamanı baş tutan kiçik dialoq yer alıb.

Vladimir Putinin adından Belarus Prezidentini qarşılayan Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lukaşenkoya “zati-aliləri” deyə müraciət edib: “Zati-aliləri! İcazə verin, sizi Rusiya Federasiyasının Prezidenti adından salamlayım...” Lukaşenko isə onun sözünü kəsir və buna etiraz edir: “Hansı zati-aliləri? Harda görmüsən bunu?”

Göründüyü kimi, Rusiya cəmiyyətində Putinin “Çar” obrazının yaradılması tendensiyası artıq diplomatik çevrələrdə də özünü büruzə verməyə başlayıb. Lakin o da görünür ki, Lukaşenko kimi ölkə başçıları hələlik bu cür “müraciət formaları”na hazır deyil...

C.Məmmədov

“AzPolitika.info”

Seçilən
23
azpolitika.info

1Mənbələr