AZ

Elmi dərəcə insanın alim olduğunu bildirmir - Emin Əmrullayev

Bakı. Trend:

Elmi dərəcə insanın alim olduğunu bildirmir. Alim olmaq üçünelmi nailiyyət olmalıdır.

Trend xəbər verir ki, bunuelm və təhsil naziri Emin Əmrullayev Təhsilin İnkişafı Forumundaçıxışı zamanı deyib.

O qeyd edib ki, elmin imitasiyası yox, elmin özü lazımdır.

“Əsas problem odur ki, elmi dərəcəsi olub, elmi nailiyyətiolmayan insanlara alim deyirik. Biz onlara “sən alim deyilsən”deməyə utanırıq.

Ümumilikdə isə elmi məqalələrin sayı artır. Bu isə bizisevindirir. Nazirlik olaraq, elmi nəticələrə görə əlavəmükafatların verilməsinə başladıq. Bu proses hələ başlanğıcdır.İlkin mərhələdə bu səhv addım kimi görünə bilər və tənqid olunabilərik. Lakin biz hardansa başlayıb, addım atmalı, həvəsləndiricitədbirlər görməli idik”,- deyə nazir bildirib.

Qeyd edək ki, Bakıda Təhsilin İnkişafı Forumu keçirilir.

Təhsilin İnkişafı Forumu 2024-ün əsas məqsədidövlət-universitet-sənaye tərəfdaşlığının dayanıqlı və davamlıinkişafı ilə yanaşı birgə dialoq üçün uyğun platforma təmin etməkvə prosesi hərtərəfli dəstəkləməkdir.

Forum hər il ölkənin təhsil sisteminin cari vəziyyəti,iqtisadiyyata inteqrasiyası, dövlət-özəl tərəfdaşlığının inkişafperspektivlərinə dair ən vacib məsələlərin müzakirəsi üçün faydalıplatforma təmin edir.

Seçilən
25
8
az.trend.az

9Mənbələr