AZ

Livandan İsrailə 175 raket mərmisi atılıb

Livandan İsrailin şimal bölgələrinə 175 raket atılıb.

Bu barədə İsrailin "Kanal 7" telekanalı məlumat yayıb.

Raketlərin dəqiq hara düşdüyü və verdiyi zərərlə bağlı hələlik ətraflı məlumat verilməyib. "Kanal 12" telekanalı isə Livandan Naharya, Akka, Hayfa və Kiryot bölgələrinə 40 raket atıldığını açıqlayıb.

Hücum zamanı atılan raketlərin bir hissəsinin Akkadakı dəmir-polad fabrikinin yaxınlığındakı açıq əraziyə düşdüyü bildirilib. Hücum zamanı xəsarət alan olmayıb. Hücum zamanı Akkada sığınacağa getmək istəyən bir qadın yaralanıb.

"Həmas"ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları tərəfindən İsrailin paytaxtı Təl-Əvivə doğru atılan raketlərin də dağıntılara səbəb olduğu bildirilir. Bu hücum zamanı xəsarət alanların olduğu vurğulanıb.



Seçilən
23
trt.net.tr

1Mənbələr