AZ

Karlsen Salahla şahmat oynamaq istəyir

16-cı dünya çempionu, dünya reytinqinin lideri, norveçli qrossmeyster Maqnus Karlsen şahmat oynamaqdan məmnunluq duyacağı futbolçulardan danışıb.

“Mən böyük futbol azarkeşiyəm və Salahın fanatıyam. İndiyədək onunla görüşməmişəm, amma bunu çox istərdim. Şahmat oynayan digər idmançılarla da görüşməyi çox arzulayıram.

Onu da bilirəm ki, Martin Odeqaard bir az şahmat oynayır. Bir müddət əvvəl daha çox oynayırdı, amma indi bir qədər fasilə verib. Bunu gizlətsə də, Martin yaxşı oyunçudur.

Ən yaxşısına gəlincə, bunu deyə bilmərəm. Çox yaxşı şahmat oynayanlar var”, – deyə “The Guardian”a müsahibəsində Karlsen qeyd edib.

Xatırladaq ki, bir müddət əvvəl “Liverpul”un misirli hücumçusu Məhəmməd Salah “şahmata aludə olduğunu” və Karlsenə heyran olduğunu bildirmişdi.

Seçilən
21
futbolinfo.az

1Mənbələr