AZ

Nazir müavini: Azərbaycan 400 milyon nəfərlik müsəlman istehlakçı bazarının qovşağında yerləşir

Nazir

Bakı, 8 oktyabr, AZƏRTAC

İslam ölkələrinin istehlak bazarı 7 trilyon dollar təşkil edir.

AZƏRTAC xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Azərbaycan Halal Biznes və Turizm Forumunun (AZHAB Forum) rəsmi açılış mərasimində çıxış edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan ətraf ölkələrlə birlikdə 400 milyon nəfərlik müsəlman istehlakçı bazarının qovşağında yerləşir.

“Hədəfimiz ölkəmizin halal sektorda rolunu gücləndirməkdir. COP29 ərəfəsində bu cür tədbirin keçirilməsi təqdirəlayiqdir. Bu tədbir İslam ölkələrinin əməkdaşlığını artırır”, - deyə nazir müavini bildirib.

 

Seçilən
21
1
azertag.az

2Mənbələr