AZ

Türkiyədə terror aktı törətməyə hazırlaşan PKK-nin rəhbər şəxslərindən biri öldürülüb

Türkiyədə terror aktı törətməyə hazırlaşan şəxs öldürülüb.

"Operativ Məlumat Mərkəzi-OMM" “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Kəşfiyyat İdarəsindən (MİT) bildirilib.

Qeyd olunub ki, Türkiyədə kamikedze olmağa hazırlaşan PKK/YPJ üzvü Hezal Belge Suriyada keçirilən əməliyyat nəticəsində öldürülüb.

“Jinda Gundikramo” kod adlı terrorçu PKK-nın rəhbər şəxslərindən biri idi. O, 2004-cü ildə təşkilata qoşulub. 2019-cu ildən isə təşkilatın rəhbərliyində təmsil olunurdu.

Seçilən
23
6
operativmm.az

7Mənbələr