AZ

Qərb təşkilatları ölkəmizə qarşı böhtanlar və əsassız tələblər irəli sürürlər - Qərbi Azərbaycan İcması

Bakı. Trend:

COP29 yaxınlaşdıqca, anti-Azərbaycan qüvvələrinin ölkəmizə qarşıtəzyiqləri və hücumları daha da güclənməkdədir.

Trend xəbərverir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatındadeyilir.

Bildirilir ki, Amnesty International və Human Rights Watchtəşkilatları bu gün səhər yaydıqları bəyanatda Azərbaycanın COP29-aev sahibliyindən sui-istifadə edərək, ölkəmizə qarşı böhtanlar vəəsassız tələblər irəli sürürlər:

Bu bəyanatların eyni gündə yayımlanması Azərbaycana qarşı sonhəftələrdə artan hücumların sözügedən hər iki təşkilata nəzarətedən vahid bir mərkəz tərəfindən idarə olunduğunu bir dahagöstərir. Azərbaycanın öz suverenliyini bərpa etməsini həzm etməyənqüvvələrin siyasi motivli bu hücumları ölkəmizin beynəlxalq arenadaqazandığı uğurlara kölgə salmaq və ölkəmizi nüfuzdan salmaqcəhdidir.

Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarının qorunmasıilə bağlı ötən ilin avqust ayında İcmamızın Amnesty Internationalvə Human Rights Watch-a göndərdiyi müraciətin cavabsız qalması butəşkilatların insan hüquqları prinsiplərindən nə qədər uzaqolduğunu göstərir. Bütün bunlar Amnesty International və HumanRights Watch-un məlum dairələrin əlində bir siyasi vasitə kimiçıxış etdiyini və Azərbaycana qarşı etnik və dini əsasdaayrı-seçkilik siyasəti apardığını sübut edir.

Biz Amnesty International və Human Rights Watch-unanti-Azərbaycan mövqeyini, insan hüquqlarına zidd davranışlarını vəirqi ayrı-seçkilik siyasətlərini kəskin şəkildə qınayır və onlarıbu yanlış əməllərdən əl çəkməyə çağırırıq.

Seçilən
14
17
az.trend.az

10Mənbələr