AZ

TDT-nin Baş katibi: Bu ilin sonunda fövqəladə vəziyyətlərdə birgə işlərin həyata keçirilməsi planlaşdırılır

Bu ilin sonunda fövqəladə vəziyyətlərdə birgə işlərin həyata keçirilməsi planlaşdırılır.

"Far.Az"un Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev quruma üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclasında deyib.

Onun sözlərinə görə, TDT bir çox platformalar üzrə bir araya gəlib: "Quruma üzv dövlətlər arasında səhiyyə sahəsində ikitərəfli və faydalı əməkdaşlıq mövcuddur. Bizim səylərimiz çoxtərəfli əməkdaşlığın dərinləşməsinə yönəlib".

K.Ömüralıyev TDT-yə üzv ölkələrin səhiyyə sektorunun gələcək inkişafı üçün tədbirin uğurlu və səmərəli olacağına əminliyini ifadə edib.

Baş katib həmçinin iclasda müzakirə ediləcək məsələlərin və qəbul olunacaq qərarların yeni aspektdə təşkilatın gələcək işinə mühüm təkan verəcəyini vurğulayıb.

Seçilən
17
far.az

1Mənbələr