AZ

Estoniya - Azərbaycan: Açıq məşq və mətbuat konfransları olacaq

UEFA Millətlər Liqasının Estoniya – Azərbaycan oyunundan öncə keçiriləcək açıq məşqlər və mətbuat konfranslarının vaxtı bəlli olub.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, oktyabrın 10-da, yerli vaxtla saat 17:15-də baş məşqçi Fernando Santosun mətbuat konfransına start veriləcək. Saat 18:00-da isə yığmamızın açıq məşqçi baş tutacaq.

Rəqibin baş məşqçisinin mətbuat konfransı 10:45-də, açıq məşqi isə 11:15-də başlayacaq.

Qeyd edək ki, Estoniya – Azərbaycan matçı oktyabrın 11-də keçiriləcək. Tallin şəhərindəki “Lilekulla” stadionunda təşkil olunacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

Seçilən
64
7
arena.az

8Mənbələr