AZ

ASK: İslam bankları, “Sukuk” daxil olmaqla halal investisiya alətləri dialoqlarını gücləndirməliyik

Bakı, 8 oktyabr, AZƏRTAC

Halal turizmə müsəlman səyahətçiləri cəlb etmək imkanları, onların mədəni və dini ehtiyaclarına cavab verən istiqamətlərin təşviqi ilə yanaşı, İslam bankları, “Sukuk” kimi sahələrin inkişafı da daxil olmaqla halal investisiya alətləri ətrafında dialoqlarımızı gücləndirməliyik.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Azərbaycan Halal Biznes və Turizm Forumunun (AZHAB Forum) rəsmi açılış mərasimində çıxış edərkən deyib.

“Böyük müsəlman dövlətləri ilə həmsərhəd olmaqla yanaşı, Orta Asiyada yaşayan 70 milyon müsəlmanla eyni kökə malikik. Həmçinin Rusiya ərazisində yaşayan 30 milyona yaxın müsəlman xalqlarının daha çox Qafqazda yerləşdiyini nəzərə alsaq, Azərbaycana bu coğrafiyada “Halal təyinat nöqtəsi” kimi baxıla bilər”, - deyə M.Musayev bildirib.

Məmməd Musayevin sözlərinə görə, İslam Ticarət və İnkişaf Palatası ölkəmizi aqrar sahədə inkişaf etmiş 10 ölkə siyahısına daxil edib: “Xüsusən də bioloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı Azərbaycanın potensialı yüksək qiymətləndirilir”.

Seçilən
19
azertag.az

1Mənbələr