AZ

QMİ sədrinin müavini: Azərbaycan halal biznesə əməli və hüquqi baxımdan daim açıq olan yerdir

Bakı, 8 oktyabr, AZƏRTAC

"Azərbaycan halal biznesə əməli və hüquqi baxımdan daim açıq olan yerdir".

AZƏRTAC xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin birinci müavini hacı Salman Musayev Azərbaycan Halal Biznes və Turizm Forumunun (AZHAB Forum) rəsmi açılış mərasimində çıxış edərkən deyib.

QMİ sədrinin müavini qeyd edib ki, iqtisadi modellər işlənib hazırlanarkən dini məsələlər də nəzərə alınmalıdır:

"Azərbaycanın halal biznes mühitinə töhfə verməyə böyük imkanları var. Ölkəmizin yerləşdiyi əlverişli coğrafi mühit buna şərait yaradır. Hesab edirəm ki, halal iqtisadiyyat sahəsində özəl uğurları olan dövlətlərin təcrübəsindən faydalanmaq daha məqsədəuyğun olardı. Azərbaycan bu cür təcrübə mübadilələrinə daim açıqdır", - deyə Hacı Salman Musayev qeyd edib.

Seçilən
22
azertag.az

1Mənbələr