AZ

Ali təhsil müəssisələrində proqramların dəyişməsi sürətli olan proses deyil - Emin Əmrullayev

Bakı. Trend:

Ali təhsil müəssisələrində proqramların dəyişməsi sürətli olanproses deyil. Cəmiyyət olaraq başa düşməliyik ki, dəyişiklik ağrılıprosessdir.

Trend xəbər verir ki, bubarədə elm və təhsil naziri Emin Əmrullayev Təhsilin İnkişafıForumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, universitetlərdə proqram dəyişikliyi olmasıhansısa fənn müəlliminin işini itirməsi deməkdir.

“Hər bir sahədə dəyişiklik çətindir. Obyektiv reallıq var ki,məhdud şərtlərlə dəyişiklik etmək mümkün deyil. Biz başa düşməliyikki, A nöqtəsindən Z nöqtəsində getmək kifayət qədər enerji sərfetmək və ağrılı qərar vermək tələb edir. Biz bu ağrılı prosessəhazırıq?

Proqramlarımızla bağlı problem odur ki, kifayət qədər fənn var,onları keçməyə ehtiyac yoxdur. Əvvəlcə problemi tanımalıyıq. Buyalnızca universitetlərin yükü deyil. Bugünki proqramlar 20 iləvvəlkiylə müqayisədə daha mütərəqqidir”,- deyə nazir əlavəedib.

Qeyd edək ki, Bakıda Təhsilin İnkişafı Forumu keçirilir.

Təhsilin İnkişafı Forumu 2024-ün əsas məqsədidövlət-universitet-sənaye tərəfdaşlığının dayanıqlı və davamlıinkişafı ilə yanaşı birgə dialoq üçün uyğun platforma təmin etməkvə prosesi hərtərəfli dəstəkləməkdir.

Forum hər il ölkənin təhsil sisteminin cari vəziyyəti,iqtisadiyyata inteqrasiyası, dövlət-özəl tərəfdaşlığının inkişafperspektivlərinə dair ən vacib məsələlərin müzakirəsi üçün faydalıplatforma təmin edir.

Məqalədə:
Seçilən
34
2
az.trend.az

3Mənbələr