AZ

"Tovuzlu azarkeşlər tərəfdən aqressiya görmədim, mən də provakasiya etmədim, xoş oldu" - MÜSAHİBƏ

"Zirə"nin qolkiperi Aydın Bayramov Sportal.az saytına müsahibə verib.

- "Zirə" Misli Premyer Liqasının 9-cu turunda "Turan Tovuz"a məğlub oldu. Bu görüşdə uduzmamaq şansınız var idi. Səncə, niyə uduzdunz? Təzyiqə tab gətirmədi komanda, yoxsa necə?

- Bilirdik ki, ağır olacaq. Həqiqətən də çətin matç idi. Tovuz səfəri bütün komandalar üçün çətindir. Birinci hissəni yaxşı keçirmişdik, çoxlu qol epizodları yaratdıq. Bu da həlledici rol oynadı. Epizodlardan istifadə edə bilmədik, ikinci hissə "Turan Tovuz" bir az təzyiqi artırdı, oyun onların üstünlüyü altında keçdi. "Turan Tovuz" düşən imkandan istifadə etdi.

- Sabiq komandana qarşı oynayırdın. Matçın sənin üçün hansısa xüsusiliyi var idi?

- Qeyri-adi xüsusiliyi yox idi. Təzyiq də yox idi. Tovuzlu azarkeşlər tərəfdən aqressiya görmədim, sağolsunlar. Mən də provakasiyaya yönümlü bir şey etmədim. Xoş oldu. Maraqlı oyun keçdi. Bu qədər.

- Digər qolkiper Tyaqo Silva hazırda ehtiyatda oturur. Onunla rəqabətdə qapını ələ keçirdiyini demək olar?

- Komandamızda xoş ab-hava var. Tyaqo ilə də yaxşı münasibətimiz var. Yaxşı rəqabət inkişafa gətirib çıxarır. Bu cür rəqabətin olması hər ikimiz üçün müsbət məqamdır. Kimin oynayacağına məşqçilər korpusu qərar verir. Əsas odur ki, bunlar "Zirə"nin xeyrinə işləsin. Hər ikimiz komanda üçün çalışırıq.

- Hazırda milli komandaların oyunlarına görə çempionatda fasilə olacaq. Bu komanda üçün yaxşıdır, yoxsa necə?

- Təbii ki, bunu öz xeyrimizə çevirməyə çalışacağıq. "Sabah"la matça maksimum çalışacağıq. Bunun üçün yetərincə vaxt var.

- Fasilədən sonra "Zirə" "Sabah"la qarşılaşacaq. İlk dövrədə onları məğlub edə bilmişdiniz. Yenə də onlara qalib gəlmək mümkündür?

- Bəli, birinci dövrədə qalib gəlmişdik. Bu dəfə də, qalibiyyət üçün hazırlaşacağıq. Meydana da qələbə üçün çıxacağıq. "Sabah" da yaxşı komandadır, hamımız bilirik. Çalışacağıq ki, ən yaxşısını edək. 

Mirbağırağa

saytlarin hazirlanmasi

Seçilən
22
sportal.az

1Mənbələr