AZ

Ölkəmizdə Dayanıqlı kənd təsərrüfatı forumu keçiriləcək

İslam Ticarət və İnkişaf Palatası Azərbaycanı aqrar sahədə inkişaf etmiş 10 ölkə siyahısına daxil edib.

Bunu Bakıda keçirilən Azərbaycan Halal Biznes və Turizm Forumunda çıxış edərkən Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev deyib.

Onun sözlərinə görə, xüsusən bioloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı Azərbaycanın potensialı yüksək qiymətləndirilir.

"Bunu nəzərə alaraq, ilk dəfə 2025-ci ilin aprel olmaqla ölkəmizdə Dayanıqlı kənd təsərrüfatı forumu keçiriləcək. Palatanın, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin, Azərbaycan Sahibkarlar Konfederasiyasının və KOBİA-nın birgə təşkil edəcəyi bu konfrans hər il 57 İslam ölkəsinin nümayəndələrini bir platformada toplayacaq",- M.Musayev qeyd edib.

Seçilən
15
vergiler.az

1Mənbələr