AZ

"Universitetlərlə kadr hazırlığı üzrə əməkdaşlıq edilir" - SOCAR-ın prezidenti

"Elmin inkişafı üçün zəruri ekosistem mövcud olmalıdır".


Sfera.az xəbər verir ki, bunu SOCAR-ın prezidenti Rövşən Nəcəf Təhsilin İnkişafı Forumunda çıxışı zamanı deyib. 

 

R.Nəcəf bildirib ki, SOCAR 5 ali təhsil müəssisəsi ilə təcrübə proqramı həyata keçirir:

 

“Universitetlərlə məhz kadr hazırlığı üzrə əməkdaşlıq edilir. İstənilən sahədə 5-10 ildən sonra texnologiyalar tamam fərqli olacaq. Biz həmin texnologiyalara sahib olmalıyıq ki, digər ölkələrlə yarışa bilək. Elmin inkişafı üçün zəruri ekosistem mövcud olmalıdır".

 

O qeyd edib ki, əqli mülkiyyət sahəsində də elmin inkişafı üçün zəruri platforma yaradılmalıdır:

 

"Elmin prestijinin artırılması da çox önəmli bir məqamdır. Elmlə məşğul olmaq istəyən gənclərin ailəsi tərəfindən necə qarşılanması məsələsi üzərində də işləməliyik. Onlar bilməlidir ki, elmlə məşğul olmaq, patentə sahib olmaq da gəlir gətirir. Elmə də insan kapitalı lazımdır”.

 


Firuzə Əliyeva

Seçilən
6
4
sfera.az

6Mənbələr