AZ

Yaşa görə pensiya alanların sayı 2 min nəfərə yaxın AZALIB

Azərbaycanda yaşa görə pensiya alanların sayı son aylarda 2 min nəfərə yaxın azalıb.

 

Modern.az Dövlət Sosial Müdafiə Fondunun operativ məlumatlarına istinadən hesablama aparıb.

 

Məlum olub ki, sentyabr ayında yaşa görə pensiya alanlar əvvəlki ayla müqayisədə 1930 nəfər azalıb və 708 845 nəfər olub. 2024-cü ilin avqust ayında yaşa görə pensiya alanların sayı isə 710 775 nəfər təşkil edib.

 

Azalma yalnız avqust-sentyabr aylarında qeydə alınmayıb. 2023-cü ilin sonuna olan rəqəmlərlə müqayisədə bu kateqoriyadan olan pensiyaçıların sayı artsa da, azalma iyun ayından etibarən başlayıb.

 

Belə ki, 2024-cü ilin yanvar-iyun aylarında yaşa görə pensiya alanların sayı 710,5 min nəfər, iyul ayında isə 709 800 nəfərdən çox olub.

Seçilən
19
1
modern.az

2Mənbələr