AZ

Məmməd Musayev: "Bu gün halal investisiya alətləri ətrafında dialoqlar gücləndirilməlidir"

Azərbaycana bu gün halal təyinat nöqtəsi kimi baxıla bilər.

“Report” xəbər verir ki, bunu Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Bakıda keçirilən Halal Biznes və Turizm Forumunda (AZHAB Forum) deyib.

"Böyük müsəlman dövlətləri ilə həmsərhəd olmaqla yanaşı Azərbaycan Orta Asiyada yaşayan 70 milyon müsəlman ilə eyni kökə malikdir. Rusiya ərazisində yaşayan 30 milyona yaxın müsəlman xalqlarının daha çox Cənubi Qafqazda yerləşməsini nəzərə almaqla ölkəmizə bu gün halal təyinat nöqtəsi kimi baxıla bilər", - M. Musayev bildirib.

O vurğulayıb ki, bu gün Azərbaycan məhsullarının islam və ərəb dünyasına tanıdılması uğurla həyata keçirilir:

"Son olaraq Səudiyyə Ərəbistanında keçirilən birinci Məkkə Halal Forumunda Azərbaycan stendi maraqla qarşılandı və zənginliyi ilə seçildi. Bu günkü sərgini milli istehsalçılar tərəfindən maraqla qarşılanması şübhəsiz ki, sevindiricidir. Bu gün halal turizmə müsəlman səyahətçiləri cəlb etmək imkanları, onların mədəni və dini ehtiyaclarına cavab verən istiqamətlərin təşviqi ilə yanaşı İslam bankı, sükuk kimi, istiqamətlərin daxil olmaqla halal investisiya alətləri ətrafında dialoqlar gücləndirilməlidir".

İslam Ticarət və İnkişaf Palatası ölkəmizi uzun aqrar sahədə inkişaf etmiş 10 ölkə siyahına saldığını xatırladan ASK sədri, bunun ölkəmizin potensialına verilən yüksək qiymət təcəssümü olduğunu bildirib.

Seçilən
17
1
sam.az

2Mənbələr