Naxçıvan, 8 oktyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində dezinfeksiya işlərinə başlanılıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ️dezinfeksiya tədbirlərinin aparılmasında məqsəd infeksion və mövsümi xəstəliklərə, viruslara yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktiki tədbirlərin effektivliyinin yüksəldilməsidir.