AZ

TDT ölkələri arasında “Türktransplantın təsis edilməsinə dair Niyyət Protokolu” imzalanıb

Şuşa, 8 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında “Türktransplantın təsis edilməsinə dair Niyyət Protokolu” imzalanıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, imzalanma mərasimi Türk Dövlətləri Təşkilatının və Azərbaycan Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Şuşa şəhərində keçirilən TDT-yə üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclası çərçivəsində baş tutub.

Protokol Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan arasında imzalanıb.

 

Seçilən
6
3
azertag.az

4Mənbələr