AZ

Eelektrik mühərrikli avtomobillər üçün enerji doldurucuları ilə bağlı güzəşt müddəti uzadılır

Bakı. Trend:

Elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci vəüçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışınınəlavə dəyər vergisindən (ƏDV) azadolma müddəti daha 2 iluzadılır.

Trend-inməlumatına görə, bu barədə Milli Məclisin bu gün keçiriləniclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif ediləndəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, elektrik mühərriki ilə işləyən avtomobillərüçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularınınidxalı və satışının daha 2 il müddətinə uzadılması təklifedilir.

Hazırda elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikincivə üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışı2025-ci il yanvarın 1-dək ƏDV-dən azaddır.

Dəyişiklik səsverməyə çıxarılaraq qəbul edilib.

Seçilən
21
49
az.trend.az

10Mənbələr